Əsas Səhifə > Ölkə idmanı > "Hər şey Tanrının əlindədir, qazanıb-qazanmayacağımı yalnız o bilir"
"Hər şey Tanrının əlindədir, qazanıb-qazanmayacağımı yalnız o bilir"13-06-2021, 23:27 |
"Qızıl medaldan ötrü həm fiziki, həm də psixoloji baxımdan ciddi hazırlaşıram". BrendSport.az xəbər verir ki, bu fikirlər Azərbaycanın qadın güləşçisi Mariya Stadnikə məxsusdur. 2 qat dünya və 8 qat Avropa çempionu Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıqdan söz açıb. Tokio olimpiadası 23 iyul - 8 avqustda keçirilməlidir. Stadnik uğur qazanmaq üçün özündən asılı olan hər şeyi etdiyini vurğulayıb: "Son olimpiadada buna cəmi 5 saniyəm çatmadı. Hər şey Tanrının əlindədir. Qızıl medal qazanıb-qazanmayacağımı yalnız o bilir. Mən isə öz növbəmdə, əlimdən gələni edəcəm". Geri qayıt |