Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ Azərbaycandır!” devizi altında keçiriləcək mini-futbol turnirinin açılış mərasimi olub



İyunun 11-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF), Gənclər və İdman Nazirliyi, Bədən Tərbiyəsi və İdman Akademiyası və AFFA-nın birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında keçirilən idman jurnalistləri arasında mini-futbol turnirinin açılış mərasimi olub.
BrendSport.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Azərbaycanın irimiqyaslı turnirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən İ.İsmayılov paytaxt ilə yanaşı, bölgələrdə də beynəlxalq standartlara cavab verən idman infrastrukturunun yaradıldığını qeyd edib. Turnir iştirakçılarına uğurlar arzulayan nazir müavini növbəti yarışların işğaldan azad olunmuş ərazilərdə keçiriləcəyinə əminliyini ifadə edib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev yarış iştirakçılarını salamlayıb. Ölkəmizdə idman jurnalistikasının inkişaf etdiyini deyən rektor Akademiyada “İdman jurnalistikası” magistr ixtisasının tədris olunduğunu diqqətə çatdırıb. Qırx dörd günlük Vətən müharibəsinin Azərbaycanın tarixində şanlı səhifə açdığını vurğulayan F.Hacıyev Akademiya üçün yeni stadionun inşa edilməsi barədə danışıqlar aparıldığını vurğulayıb.
Veteran futbolçu İsgəndər Cavadov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək, ölkəmizdə futbolun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Yarışda 8 komanda iki qrupda mübarizə aparır. Belə ki, A qrupunda "Cəbrayıl", "Laçın", "Füzuli" və “Qubadlı”, B qrupunda isə "Kəlbəcər", "Ağdam", "Şuşa" və "Zəngilan" kollektivləri yer alıblar.
Turnirin final oyunu 26 iyun - Silahlı Qüvvələr Günündə baş tutacaq.
Yarışda iştirak edən 6 komanda kollektiv müraciət, 2 komanda isə (Laçın və Kəlbəcər) fərdi müraciətlər əsasında formalaşdırılıb.
Oyunlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilir.
Yarışın birinci turu iyunun 11-də, ikinci turu 13-də, üçüncü turu 15-də keçiriləcək. Yarımfinallar iyunun 19-da, final oyunları isə iyunun 26-da təşkil ediləcək.


Facebook-da paylaş

Xəbəri paylaş