“Neftçi” müdafiəçisi Mamadi Mbodjla müqavilənin müddətini artırıb
BrendSport.az kluba istinadla xəbər verir ki, anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək "ağ-qara" formanı geyinəcək.
Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Muradbəyli ilə yeni müqavilə bağlamışdı.
Facebook-da paylaş