Faydalı saytlar


Reklam



"Qəbələ"dən "Keşlə"yə - Rəsmi



Bu mövsüm ölkəmizi yeni yaradılan Konfrans Liqasında təmsil edəcək "Keşlə" ilk transferini həyata keçirib.

Bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. O, son olaraq "Qəbələ"də çıxış edən gürcüstanlı Merab Qiqauri ilə müqavilə imzalandığını bildirib. Çalışdırıcı bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcəyini deyib.

28 yaşlı yarımmüdafiəçinin "Qəbələ" ilə müqaviləsi başa çatdığından "Keşlə"yə azad agent kimi keçib. 2019-cu ilin yayından “Qəbələ”də çıxış edən Qiqauri ötən mövsüm Premyer Liqada 22 oyun keçirib, 1 qol vurub.


QOL.AZ


Facebook-da paylaş