Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rüstəm Əhmədzadə də millimizə çağırıldı



Ukraynanın "Minay" klubunun daha bir futbolçusu - Rüstəm Əhmədzadə Azərbaycan millisinə çağırılıb.

BrendSport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin yığmamıza dəvət olunduğu bildirilib.

Bu futbolçular millimizin qarşıdan gələn təlim-məşq toplanışında iştirak edəcəklər. Millimizin hazırlığı mayın 22-dən iyunun 6-na qədər davam edəck. Bu müddətdə millimizin 3 yoxlama oyunu nəzərdə tutulub. Komandamız mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə üz-üzə gələcək.

Qeyd edək ki, 20 yaşlı hücumçu Rüstəm Əhmədzadə millimizə ilk dəfə dəvət edilir. Anatoli Nuriyev artıq yığmada 3 oyun keçirib.


Facebook-da paylaş

Xəbəri paylaş