"Sabah" yarımfinal mərhələsinə qələbə ilə start verib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi başlayıb.
BrendSport.az xəbər verir ki, günün yeganə matçında "Gəncə" "Sabah"la qarşılaşıb. Görüş Bakı təmsilçisinin 95:67 hesablı qələbəsi ilə yekunlaşıb.
Yarımfinalın digər görüşü sabah "Abşeron Lions" və "Neftçi" arasında olacaq.
Facebook-da paylaş





















