Bakıda cüdo üzrə dan dərəcəsi imtahanları keçiriləcək

Azərbaycan Cüdo Federasiyası məşqçilər üçün dan dərəcələri üzrə seminar və imtahan təşkil edəcək. Mayın 4-8-də baş tutacaq tədbirdə əsas məqsəd dan sistemi üzrə mütəxəssislərin bacarıqlarını qiymətləndirmək və onları inkişaf etdirməkdir.
BrendSport.az xəbər verir ki, seminar və imtahanlarda iştirak etmək istəyən namizədlər 17 yaşdan yuxarı olmalı və qəhvəyi kəmər daşımalıdırlar. Bu mərhələni uğurla keçmək Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırmasından keçmək üçün zəruri şərtdir.
Milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq tədbir üçün qeydiyyat aprelin 28-də başa çatacaq.
Facebook-da paylaş





















