“Qarabağ”dan xanım azarkeşlərə növbəti jest

“Qarabağ” futbol klubu xanım azarkeşləri üçün növbəti dəfə jest edib.
BrendSport.az xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turunda “Sabah”la keçiriləcək qarşılaşmada komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.
Xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir.
Qeyd edək ki, qarşılaşma aprelin 19-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.
Facebook-da paylaş





















