“Bakı–Xankəndi” velosiped yarışına qatılacaq ölkələrin sayı 19-a çatıb

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb.
BrendSport.az xəbər verir ki, iştirakçılar sırasına Əlcəzairin “Madar Pro” kontinental komandası əlavə olunub.
Bununla da turnirdə çıxış edəcək komandaların sayı 19 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 14 kontinental komanda və Azərbaycan yığması olmaqla 23-ə yüksəlib.
Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.
Facebook-da paylaş





















