Cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatına start verilib.
BrendSport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə 7 çəki dərəcəsində 107 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Qadınlar arasında Nilgün Rzayeva (63 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Günel Həsənli (78 kiloqram) və Madina Kaisinova (+78 kiloqram), kişilərin yarışında isə Balabəy Ağayev (60 kiloqram), Nazir Talıbov (66 kiloqram) və Kamran Süleymanov (73 kiloqram) ölkə çempionu olublar.
Qeyd edək ki, Azərbaycan çempionatında dekabrın 5–6-da fərdi mübarizə, 7-də isə komandalararası yarış olacaq. Cüdoçular ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparırlar.
Facebook-da paylaş





















