Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dağ velosipedi üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub



Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə keçirilən dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub.

BrendSport.az
xəbər verir ki, yarışın ikinci günündə iştirakçılar Teleqüllə yaxınlığındakı parkda “Enduro” növündə qüvvələrini sınayıblar.

U-15 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri Ayaz İsgəndərli və Toğrul Məmmədli, müvafiq olaraq, 1-ci və 2-ci yerləri tutublar. Kənan Eyvazov (həvəskar) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Gənclər, U-23, Elit yaş kateqoriyasında Emin Süleymanov (həvəskar) ölkə çempionu olub. Mirmövsüm Cəbrayılov (həvəskar) gümüş, Nihad İmanzadə (ROEQİUGVM) isə bürünc medal qazanıb.

Mükafatçılar medal, diplom və pul mükafatı ilə təltif ediliblər.









Facebook-da paylaş

Xəbəri paylaş