Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə Quba rayonunda keçirilən velosiped idmanının şose növündə çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına yekun vurulub.
BrendSport.az xəbər verir ki, oktyabrın 7-də baş tutan üçüncü mərhələdə idmançılar Alpan kəndi ərazisində fərdi ötüşmə növündə güclərini sınayıblar. Ümumilikdə 40 velosipedçi medallar uğrunda mübarizə aparıblar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın bu mərhələsində 2005-2009-ci il təvəllüdlü oğlanlar 20 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 10 km məsafə qət ediblər.
Nəticələrə əsasən, 2005-2009-ci il təvəllüdlü oğlanların mübarizəsində Tural İsrafilov (ROEQİUGVM, 32:25:96) hamıdan sürətli olaraq birinci, Turqut Qurbanlı (ROEQİUGVM, 36:54:20) ikinci, Nihad Xudoyev (ROEQİUGVM, 37:32:52) üçüncü yerə layiq görülüblər.
2010-2011-ci il təvəllüdlü oğlanların yarışında Nihat Xudiyev (ROEQİUGVM, 20:10:45) qızıl, Cavid Baxşıyev (ROEQİUGVM, 20:42:10) gümüş, Röyal Aslanov (ROEQİUGVM, 21:19:80) bürünc medal qazanıblar.
Bu mərhələnin nəticələri bəlli olandan sonra ümumi təsnifatda Azərbaycan çempionatının qalibləri də müəyyənləşiblər.
Belə ki, 2005-2009-ci il təvəllüdlü oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM, 02:57:38) Azərbaycan çempionu olub. Nihad Xudoyev (ROEQİUGVM, 03:26:56) ikinci, Turqut Qurbanlı (ROEQİUGVM, 03:37:54) üçüncü yerdə qərarlaşıblar.
2010-2011-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Nihat Xudiyev (ROEQİUGVM, 01:58:41) qızıl medal qazanıb. Cavid Baxşıyev (ROEQİUGVM, 02:05:06) gümüş, Röyal Aslanov (ROEQİUGVM, 02:10:55) bürünc medala sahib olublar.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.
Facebook-da paylaş