Braziliyalı baş məşqçi “Gəncə”də işə başlayıb

"Gəncə" komandasının yeni baş məşqçisi Rafael Petri Azərbaycana gəlib və voleybolçularla ilk məşqlərə başlayıb.
BrendSport.az xəbər verir ki, komanda ilə yeni mövsümə iddialı başlamağı hədəfləyən braziliyalı mütəxəssis hazırda voleybolçuları qarşıdakı yarışlara hazırlayır.
44 yaşlı çalışdırıcı ötən mövsüm Perunun “Alianza Lima” klubunu ölkə çempionu edib. Bu, komandanın 31 ildən sonra qazandığı ilk titul olub.
Petri karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublarda fəaliyyət göstərib. O, həmçinin Kolumbiyanın U-17, U-18 və U-20 yığmalarını çalışdırıb, 2020–2022-ci illərdə isə Meksika millisinin baş məşqçisi olub.
Facebook-da paylaş
