Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri başlayıb



Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turnirinə start verilib.

BrendSport.az
xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnir avqustun 28-dək davam edəcək.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə Azərbaycanı “Ulduz”, “Qarabağ”, “Sabah” və “Neftçi” klubları təmsil edir. Yarışda Türkiyənin “Trabzonspor məktəbi” və “Başakşəhər”, Gürcüstanın “Dinamo”(Tbilisi), Özbəkistanın “Paxtakor” və “Bunyodkor”, Qırğızıstanın “Sduşorsi”, Qətərin “Aspire Akademiyası”, Qazaxıstanın isə “Şaxtyor” komandaları medallar uğrunda mübarizə aparır.

Turnirə “Sabah” - “Paxtakor” matçı ilə start verilib. Bu matçın ardınca “Qarabağ” “Dinamo”(Tbilisi) komandası ilə qarşılaşacaq. Günün ikinci yarısında turnirin rəsmi açılış mərasimi və daha iki matç nəzərdə tutulub.


Facebook-da paylaş

Xəbəri paylaş