Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



On yaşadək futbolçular arasında turnir start götürüb

On yaşadək futbolçular arasında turnir start götürüb

“Baku Sporting” uşaq futbol klubunun təşəbbüsü, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10 yaşadək futbolçular arasında “Bank VTB Azərbaycan” kuboku turnirinə start verilib.
BrendSport.az xəbər verir ki, yarışın açılış mərasimində AFFA-nın məşqçilər komitəsinin üzvü Ağasəlim Mircavadov, təşkilatın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, futbol üzrə keçmiş hakim Asim Xudiyev, futbolçu Riçard Almeyda və digərləri çıxış edərək uşaqlara uğurlar arzulayıblar.
Açılış mərasiminin rəsmi və bədii hissəsi başa çatdıqdan sonra püşkatma mərasimi keçirilib. Üç gün davam edəcək turnirin final görüşü və bağlanış mərasimi iyunun 6-da keçiriləcək.
Turnirin təşkil edilməsində məqsəd uşaqlar arasında futbola marağı daha da artırmaq və uşaq futbolunun kütləviliyinə nail olmaqdır.


Facebook-da paylaş

Xəbəri paylaş