“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb
“Araz-Naxçıvan” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
BrendSport.az xəbər verir ki, Naxçıvan təmsilçisi Urfan Abbasovu transfer edib. 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.
Bu, “Araz-Naxçıvan”ın mövsümlərarası fasilədə heyətinə qatdığı ilk oyunçudur.
Qeyd edək ki, karyerası ərzində “Qəbələ” və “Səbail” klublarının formasını geyinən U. Abbasov Azərbaycan milli komandasına da cəlb olunub.
Facebook-da paylaş