Əsas Səhifə > Ölkə idmanı > “Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb

“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb


29-05-2024, 14:00


“Araz-Naxçıvan” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

BrendSport.az
xəbər verir ki, Naxçıvan təmsilçisi Urfan Abbasovu transfer edib. 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.

Bu, “Araz-Naxçıvan”ın mövsümlərarası fasilədə heyətinə qatdığı ilk oyunçudur.

Qeyd edək ki, karyerası ərzində “Qəbələ” və “Səbail” klublarının formasını geyinən U. Abbasov Azərbaycan milli komandasına da cəlb olunub.
Geri qayıt