Bakı kənd və qəsəbələri arasında ikinci minifutbol turnirində ilk turun oyunları baş tutub
Bakı kənd və qəsəbələri arasında ikinci minifutbol turnirində ilk turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, turnirin açılış günündə Əmircan və Yeni Suraxanı qarşılaşması baş tutub. Yeni Suraxanı komandası üstünlüyünü qoruyaraq Əmircan komandasına 5:0 hesabı ilə qalib gəlib. Yarışın ikinci günündə Nardaran - Kürdəxanı (1:1), Maştağa - Pirşağı (2:2), Zabrat - Sabunçu (1:1), Mehdiabad - Görədil (1:1), Aşağı Güzdək - Məmmədli (2:2) komandaları arasında keçirilən görüşlərdə qalib müəyyənləşməyib. Balaxanı komandası Ramanaya qalib gəlib - 1:0.
Növbəti görüşlərdə Biləcəri Saraya 3:0 hesabı ilə qalib gəlib, Masazır komandası isə Binəqədiyə 0:7 hesabı ilə məğlub olub. Bülbülə və Hövsan - 1:1, Qala və Şağan - 2:2 komandaları arasında keçirilən görüşlər bərabər hesabla yekunlaşıb. Türkan Zirəyə 0:12 hesabı ilə məğlub olub. Qaraçuxur Əhmədli arasında keçirilən görüş Qaraçuxur komandasının qalibiyyəti ilə yekunlaşıb - 3:0. Keşlə və Günəşli arasında baş tutan görüş Günəşli komandasının 10:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Şüvəlan Buzovna komandaları arasında baş tutan oyun bərabər hesabla bitib -1:1. Binə və Mərdəkan komandaları arasında keçirilən görüşdə Mərdəkan komandası 4:1 hesabı ilə qalib olub.
Turnirdə 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlara mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.
Facebook-da paylaş