Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: günün hər iki oyunu Bakıda keçiriləcək



Azərbaycan Premyer Liqasında bu gün XXV turun daha iki oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, hər iki görüş Bakıda baş tutacaq.

Əvvəlcə “Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Qalibiyyətsiz oyunlar seriyasına ötən turda son qoyan Rəşad Sadıqovun yetirmələri liderlər qrupundan uzaqlaşmamaq üçün hesabına 3 xal yazdırmalıdırlar. Əks təqdirdə, tovuzlular dördüncü pillədəki rəqibi ilə fərqi 1 xala endirəcək. Hazırda “Zirə”nin 35, “Turan Tovuz”un isə 31 xalı var.

Eyni xalla (31) turnir cədvəlində qonşu olan “Sabah”la “Araz-Naxçıvan” birincilərin meydanında qarşılaşacaqlar. Qalib gələn tərəf yuxarı pillələrə yaxınlaşmaq imkanı əldə edəcək.

Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1) məğlub edib. Tura martın 3-də keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXV tur
2 mart (şənbə)

16:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu

18:30. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bank Respublika Arena”


Facebook-da paylaş

Xəbəri paylaş