Azərbaycan Premyer Liqası: İlin son turu Qəbələdə start götürür
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turuna start veriləcək.
BrendSport.az xəbər verir ki, ilin və ikinci dövrənin son turunun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
“Sabah” klubu Qəbələdə eyniadlı komandanın qonağı olacaq. Görüş saat 16:00-da başlayacaq. Hazırda bakılılar 22 xalla 7-ci, qəbələlilər isə 11 xalla sonuncu – 10-cu pillədə qərarlaşıblar.
İki komanda indiyədək ölkə çempionatlarında 20 dəfə qarşılaşıb. Bunların 5-də meydan sahibləri, 12-də qonaqlar qələbə qazanıblar. Üç qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti də paytaxt təmsilçisinin xeyrinədir – 36:18.
“Qəbələ” son 8 oyunda qələbə qazanmayıb. “Sabah” son 5 görüşdə xal itirməyib.
Facebook-da paylaş