Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” ardıcıl 4-cü qələbəsini qazanıb
Həndbol üzrə Azərbaycan çempionatında IV tur başa çatıb.
BrendSport.az xəbər verir ki, bu gün kişilərdə iki, qadınlarda isə bir oyun keçirilib.
Kişilərin çempionatında “Kür” ardıcıl 4-cü qələbəsini qazanıb. Lider komanda bu dəfə “Azəryol”u üstələyib. Müqavimətlə üzləşməsinə baxmayaraq, “Kür” rəqibini 32:25 hesabı ilə məğlub etməyi bacarıb.
“Qarabağ”la “Bakı”nın duelindən isə ikincilər üstün ayrılıblar. Kifayət qədər gərgin alınan qarşılaşmada rəqibinə 25:24 hesabı ilə qalib gələn “Bakı” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Qadınların mübarizəsində isə liderlər qrupunda yer alan “Kür” autsayder “Gənclər Birliyi”nə heç bir şans verməyib – 49:15.
Qeyd edək ki, qadınların liqasında turun əvvəlki oyunları dekabrın 2-də keçirilib. Həmin gün “Qarabağ” “İdman Akademiyası”nı (43:16), “Azəryol” isə “Bakı”nı (42:7) məğlub edib.
Facebook-da paylaş