Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bədii gimnastika üzrə Bakı çempionatı: yeniyetmələr arasında qalib və mükafatçılar müəyyənləşib




Bədii gimnastika üzrə 28-ci Bakı çempionatının ayrı-ayrı alətlərdə “gənclər” yaş kateqoriyası üzrə qalib və mükafatçıları (2008-2010-cu il təvəllüdlü) müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, halqa ilə hərəkətdə Fidan Qurbanlı (“Zirə” Mədəniyyət Mərkəzi) birinci, Sofiya Məmmədova (“Ocaq” İdman Klubu) ikinci, Nuray Əhmədzadə (“Gimnastika üzrə Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi”) üçüncü yeri tutub.

Topla hərəkətlər proqramında Fidan Qurbanlı (“Zirə” Mədəniyyət Mərkəzi) qızıl, Dəniz Abdullazadə (Uşaq-Gənclər Olimpiya Ehtiyatları Gimnastika Məktəbi) gümüş, Nəzrin Abdullayeva (“Qrasiya” idman klubu) bürünc medal qazanıb.

Lentlə hərəkətdə Fidan Qurbanlı (“Zirə” Mədəniyyət Mərkəzi) birinci, Şəms Ağaquseinova (“Ocaq” İdman Klubu) ikinci, Sofiya Məmmədova (“Ocaq” İdman Klubu) üçüncü yerə layiq görülüb.

Gürzlərlə hərəkətlər proqramında qızıl medalı Nəzrin Abdullayeva (“Qrasiya” idman klubu), gümüş medalı Dəniz Abdullazadə (“Gimnastika üzrə Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbi”), bürünc medalı isə Şəms Ağaquseinova (“Ocaq Sport” klubu) qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş