Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA “Qəbələ”nin baş məşqçisini cəzalandırıb



AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb.

BrendSport.az
xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən oyunda mütəxəssisin qırmızı vərəqə almasına hüquqi qiymət verib.

43 yaşlı məşqçi 1 oyunluq cəzaya məruz qalıb. Klub isə buna görə 800 manat cərimələnib.

“Qəbələ”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bölgə təmsilçisinin 6, bakılıların isə 4 oyunçusu sarı vərəqə alıb. Bu, komandaların hərəyə 700 manat cərimələnməsinə səbəb olub.


Facebook-da paylaş

Xəbəri paylaş