Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"nin prezidenti: "Rusiya klubları ilə əməkdaşlıq edəcəyik"



"Payızda Rusiya klubları ilə yoldaşlıq oyunlarının keçirilməsi barədə danışmaq tezdir. Lakin "Neftçi" onlarla əməkdaşlıq edəcək".

BrendSport.az
xəbər verir ki, bunu TASS-a açıqlamasında "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.

Funksioner Rusiyadakı təlim-məşq toplanışı təşkilinin ani şəkildə olduğunu bildirib: "Payızda yenidən yoldaşlıq matçları keçirmək olarmı? Hazırda heç nə deyə bilmərəm. Ancaq səmərəli şəkildə əməkdaşlıq edəcəyik".

Qeyd edək ki, "ağ-qaralar" Sankt-Peterburqdakı hazırlıq prosesində "Matç TV" beynəlxalq turnirində iştirak ediblər. Bakı klubu Rusiya "Zenit"inə 1:3, Serbiyanın "Srvena Zvezda" komandasına 0:4, Türkiyənin "Fənərbağça" kollektivinə 0:1 hesabı ilə uduzub. "Neftçi" iyulun 18-də Moskvadakı yoxlama oyununda isə "Spartak"a yenilib - 0:2.


Facebook-da paylaş

Xəbəri paylaş