Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” - “Linkoln” matçı başlayıb

“Qarabağ” - “Linkoln” matçı başlayıb

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) – “Linkoln” (Cəbəllütariq) matçı başlayıb.

BrendSport.az
xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir və Redon Cica yer alıblar.

“Linkoln”un heyətində isə meydana Deyl Kolinq, Bernardu Lopeş, Con Sarcent, Nano, İbrahim Ayu, Mandi, Mustafa Yahaya, Liam Uoker, İtan Britto, Kike Qomes və Li Kasyaro çıxıblar.

Oyunu albaniyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Eldorjan Hamitidir. Ona Ridiger Çokaj və Ani Koçiaj kömək edirlər. Dördüncü hakim funksiyasını Kreşnik Cjapi yerinə yetirir.

Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda oynanılan ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş