Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İrina Kindzerska: Qazandığım medal qadın cüdoçulara gələcək karyeralarında ilham verə bilər

İrina Kindzerska: Qazandığım medal qadın cüdoçulara gələcək karyeralarında ilham verə bilər


Çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə edə bilmirəm. Olimpiya mükafatçısı olduğum andan sanki mənim üçün hər şey dəyişdi. Bu gün maksimum hazırlıqlı idim və bütün diqqətimi qarşılaşmalarıma yönəltmişdim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu inkişaf edib, sadəcə çox çalışmaq lazımdır.
BrendSport.az xəbər verir ki, bunu “Tokio-2020” Yay Olimpiya Oyunlarında 78 kiloqramdan yuxarı çəki dərəcəsində bürünc medal qazanan Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska deyib.
Olimpiya mükafatçısı deyib: “Qazandığım medal digər qadın cüdoçulara gələcək karyeralarında ilham verə bilər. Məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürümü bildirirəm. Vitse-prezident Sadıq Sadıqova inam və dəstəyinə görə minnətdaram. Yaşlı idmançı olmağıma rəğmən, mənə inandılar. Təbii ki, həyat yoldaşıma, ailəmə, valideynlərimə xüsusilə təşəkkür edirəm. Onlar nəticəmdən asılı olmayaraq, mənimlə fəxr edirlər”.
İlk görüşdən gərgin idman mübarizəsi şəraitində yarışdığını deyən idmançı qeyd edib: “Görüşdən-görüşə medal qazana biləcəyimə inamım artırdı. Əlbəttə, yarımfinalda yaponiyalı Akira Soneyə uduzmağım məni məyus etdi. Bu görüşdən sonra toparlanmaq psixoloji cəhətdən ağır idi. Amma anladım ki, ikinci məğlubiyyət medalımı itirməyimlə nəticələnə bilər. Sadəcə, buna imkan verməməliyəm”, - deyə cüdoçu əlavə edib.
Təcrübəli cüdoçu bu gün sevinc göz yaşlarına hakim ola bilməyəcəyini vurğulayıb: “Azərbaycanın qadın cüdoçuları arasında indiyədək Olimpiya medalçısı yox idi. Bu, ilk medalımızdır. Fəxr edirəm ki, qadın cüdoçular arasında ilk medalı mən qazandım. İnanıram ki, bundan sonra idmançılarımız daha böyük səylə çalışaraq, ardıcıl medallar qazanacaqlar”.


Facebook-da paylaş

Xəbəri paylaş