Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İrina Kindzerska Olimpiya Oyunlarında medal qazanan ilk qadın cüdoçumuzdur

İrina Kindzerska Olimpiya Oyunlarında medal qazanan ilk qadın cüdoçumuzdur

Tokio Olimpiadasının səkkizinci günündə - iyulun 30-da bürünc medal qazanan Azərbaycan cüdoçusu İrina Kindzerska bununla tarixi nailiyyətə imza atıb.
BrendSport.az xəbər verir ki, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı Azərbaycanın Yay Olimpiya Oyunlarında medal qazanan ilk qadın cüdoçusu olub. Bunadək Azərbaycanın heç bir qadın cüdoçusu olimpiadalarda medal qazana bilməyib.
Bu, həm də yığmamızın Yaponiya paytaxtındakı ilk uğurudur.
Ümumilikdə cüdo yığmamızın Olimpiya Oyunlarında qazandığı medalların sayı 5-ə çatıb. İ.Kindzerskaya qədər 4 kişi cüdoçu fəxri kürsüyə qalxıb. “Pekin-2008”də Elnur Məmmədli (73 kq) qızıl, Mövlud Mirəliyev (100 kq) bürünc medallar qazanıblar. “Rio-2016”da isə Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yalnız finalda uduzaraq gümüş medallara sahib olublar.


Facebook-da paylaş

Xəbəri paylaş