“Bizimkilər üçün futbol sadəcə oyundur, idman növü yox”
Mənsur Şirinov 1979-cu ildə anadan olub. Sumqayıt Kimya Texnologiya Texnikumunun məzunudur.
BrendSport.az saytı xəbər verir ki, Texnikumu bitirdikdən sonra Sumqayıt Texnologiya Parkında Plastik Boru Emal zavodunda əmək fəaliyyətinə başlayıb. Artıq 6 ildir 3-cü dərəcəli opertor vəzifəsində çalışır. Yeniyetmə vaxtlarında futbolla məşğul olub. Bu gün də futbol fanatıdır. Mənsurun futbolumuz barədə özünəməxsus fikirləri var.
- Bugünki futbolumuz haqqında nə deyə bilərsən?
- Bu gün futbolumuz yox dərəcəsindədir. Hücum yox, müdafiə bilinmir, qapıçı da sanki atmosferə düşüb. Hansı taktikayla oynayırlar bilinmir. Bizimkilər driblinq edəndə çox vaxt möçüzə baş verir. Sola qaçır topsuz. Pas verrəndə isə əsl yumor olur. Meydancada kim kimədir bilinmir.
- Bəs millimizin azarkeşlərinə münasibətin necədir?
- Hə, onlar təmiz başqa aləmdir. Yaxşı ki, onlar var. Allahın ən dəyərli bəndələri onlardır. Can qoyurlar oyun vaxtı. Ürəklə gəlib dəstək olurlar.
- Səncə, futbolumuzda çıxış yolu nədədir?
- Bizimkilər üçün futbol sadəcə oyundur, idman növü yox. Oyundan sonra biz azarkeşlərlə görüş təşkil etsinlər. Biz də sözümüzü deyək onlara.
- Bəs hakimlərimiz barədə nə düşünürsən?
- Hakimlikdə bir rəhmətlik Tofiq Bəhrəmov gəldi getdi.
- Sizi millimizə baş məşqçi qoysalar nə edərdiniz?
- Heç istəmərəm (gülür). İndiki durumda çətindi. Əslində azarkeşləri, eləcə də bir futbol fanatı kimi məni də çox incidir milli komandamızın oyunu. Yaxşı əhval-ruhiyyə ilə gedirsən oyuna. Yaxşı nəticə olmayanda adam həvəsdən düşür, bir daha gəlmək istəmir stadiona. Allah yardımçımız olsun.
Alxas Məmmədov
Facebook-da paylaş