Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paris-2024: Həsrət Cəfərov bürünc medal uğrunda güləşəcək



Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

BrendSport.az
xəbər verir ki, bu gün yunan-Roma güləşində son iki çəkidə mübarizə başlayıb.

Azərbaycan yığmasının iki “klassik”i xalçaya çıxıb. Həsrət Cəfərov və Rafiq Hüseynov medal qarşılaşmalarına vəsiqə üçün mübarizə aparır.

Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov Olimpiadaya 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Mohamed Elsayedi (Misir) xalçaya çıxmağa peşman edib. Güləşçimiz tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. O, ikinci qarşılaşmasında moldovalı Valentin Petiçlə münasibətinə aydınlıq gətirib. Cəfərov bu dueldən də qalib ayrılıb - 3:1. Pəhləvanımız finala gedən yolda Ukraynanı təmsil edən həmyerlimiz Pərviz Nəsibovla qüvvəsini sınayıb. Görüş 3:3 hesabı ilə yekunlaşsa da, sonuncu xal prinsipinə əsasən rəqib mərhələ adlayıb. Cəfərov mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

87 kq
Rafiq Hüseynov da yarışa 1/8 finaldan start verib. Tokio-2020-nin bürünc mükafatçısı David Loşontsi (Macarıstan) ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurub, Sənan Süleymanov (77 kq) isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.


Facebook-da paylaş

Xəbəri paylaş