Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında mübarizəyə başlayıb
Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan mübarizəyə start verib.
BrendSport.az xəbər verir ki, A qrupunda yarışan idmançımız ilk cəhdində 69.58 metr nəticə göstərib.
O, ikinci cəhdində isə çəkici 69,04 metr məsafəyə atıb. İdmançımız üçüncü cəhdində 72.55 metr nəticə ilə yadda qalıb. Atletimiz bu nəticələrə görə hazırda 3-cü pillədə qərarlaşıb və finala çıxmaq şanslarını saxlayıb.
Onun finala vəsiqə qazanıb-qazanmayacağı B qrupundakı nəticələrdən sonra məlum olacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Facebook-da paylaş