“Paris-2024”: Bu gün Azərbaycanın üç idmançısı mübarizə aparacaq
Bu gün Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
BrendSport.az xəbər verir ki, Anna Skidan təsnifat mərhələsində çıxış edəcək. Qadın atlet çəkicatma üzrə yarışda qüvvəsini sınayacaq.
Ruslan Lunyov bu dəfə pnevmatik tapançadan 25 metr məsafəyə atəşaçma yarışında hədəfi dəqiq nişan almağa çalışacaq. O, 10 metr məsafəyə atəşaçmada 24-cü olmuşdu.
Bu gün, həmçinin boksçu Alfonso Dominqes (92 kiloqram) yarımfinal görüşünə çıxacaq. Finala gedən yolda onun rəqibi ispaniyalı Enmanuel Reyes Pla olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu A.Dominqes isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.
Facebook-da paylaş