Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan və İordaniyanın milli paralimpiya komitələrinin əlaqələri müzakirə olunub

Azərbaycan və İordaniyanın milli paralimpiya komitələrinin əlaqələri müzakirə olunub
Ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimovun bu ölkənin Milli Paralimpiya Komitəsinin sədri Hüseyn Əbu Əl Ruz ilə görüşündə iki ölkənin milli paralimpiya komitələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

BrendSport.az
xəbər verir ki, səfir E.Səlimov Azərbaycanın Olimpiya oyunlarında qazandığı böyük uğurlar, ölkəmizdə idmanın inkişafı, o cümlədən paralimpiyaçıların yarışlarda qazandığı qələbələr haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, idmançılarımızın Olimpiya oyunlarına hazırlığı Prezident İlham Əliyevin ən çox diqqət göstərdiyi mühüm sahələrdən biridir. Bu məqsədlə Azərbaycanın bütün şəhərlərində Olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycan İslam Həmrəyliyi Oyunları, Birinci Avropa Oyunları, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarına, digər mötəbər yarışlara ev sahibliyi edib.
Hüseyn Əbu Əl Ruz Azərbaycan idmançılarının Olimpiya oyunlarında uğurları barədə məlumatlı olduğunu bildirib, iki dost ölkənin milli paralimpiya komitələri arasında əməkdaşlığın hər iki tərəfin maraqlarına uyğun olduğunu söyləyib. O əlavə edib ki, milli komitələr Beynəlxalq Paralimpiya Komitəsi və digər beynəlxalq idman təşkilatları platformasında uğurlu əməkdaşlıq edə bilər.
Görüşün sonunda səfir E.Səlimov İordaniya Milli Olimpiya Komitəsinin sədrinə xatirə hədiyyəsi təqdim edib.


Facebook-da paylaş

Xəbəri paylaş