Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sabah”ın məşqçisi: “Autsayderlərə məğlubiyyətlərin səbəbi rəqibləri qiymətləndirməməkdir”



“Turnir cədvəlinin aşağı pilləsində qərarlaşan komandalara, autsayderlərə məğlubiyyətlərin səbəbini rəqibləri qiymətləndirməməkdə görürəm”.

BrendSport.az
xəbər verir ki, bunu “Sabah”ın məşqçisi Artur Olenin “Şamaxı”ya 1:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi Murad Musayev cəzalı olduğu üçün komandanı Şamaxıda meydana buraxan Olenin zəif çıxış etdiklərini vurğulayıb: “Oyuna çox pis, bərbad başladıq. İkinci hissədə də müdafiədə yol verdiyimiz kobud səhvlər nəticəsində qollar buraxdıq. Bu da bizi məğlubiyyətə sürüklədi. Görünür, turnir cədvəlində aşağı pillələrdə qərarlaşan komandalar bizə qarşı matçlara bizdən daha yaxşı köklənirlər”.

Qeyd edək ki, “Sabah” çempionatda növbəti oyununu martın 4-də evdə “Kəpəz”ə qarşı keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş