Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan karateçisi dünya çempionatında mübarizə aparacaq



Azərbaycanlı karateçi Ülvi Məmmədov şotokan üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.

BrendSport.az
xəbər verir ki, 84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı İstanbul şəhərində təşkil olunacaq yarışda böyüklər arasında tatamiyə çıxacaq.

Ülvi Məmmədov son dövrlərdə uğurlu çıxışları ilə seçilən idmançılar sırasındadır.

Azərbaycanı həmin yarışda deflimpiya, parakarate, fərdi kumite və kata üzrə ümumilikdə 55-dən çox idmançı təmsil edəcək. Onlar müxtəlif çəki dərəcələrində çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatı aprelin 24-26-da təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş