Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi yarımfinala yüksəlib



Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi xalça üzərinə çıxıb.

BrendSport.az
xəbər verir ki, Ceyhun Allahverdiyev (61 kiloqram), Ağanəzər Novruzov (74) kiloqram), Vasif Xudiyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kq) inamlı çıxış edərək yarımfinala yüksəliblər.

Ötən gün Vasif Bağırov (57 kiloqram) və Səbuhi Əmiraslanov (79 kiloqram) adlarını finala yazdırıblar. Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş