Azərbaycanın daha bir güləşçisi Bakıdakı Avropa çempionatının finalında
Azərbaycanın daha bir sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
BrendSport.az xəbər verir ki, Cəbrayıl Hacıyev (74 kiloqram) yarımfinal görüşünü qələbə ilə başa vuraraq həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Finala gedən yolda məğlub olan Nürəddin Novruzov (61 kiloqram) və Arseni Djioyev (86 kiloqram) isə bürünc medal uğrunda güləşəcəklər.
Bu gün, həmçinin Azərbaycanın üç sərbəst güləşçisi medal qarşılaşmalarına çıxacaq. Kənan Heybətov (70 kiloqram) və Əli Tsokayev (79 kiloqram) finalda, Rəvan Musayev (97 kiloqram) 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionu olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə ilk dəfə komanda hesabında üçüncü yeri tutub.
Facebook-da paylaş