Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub



Serbiyanın Zrenyanin şəhərində keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.

BrendSport.az
xəbər verir ki, yarışın açılışını sərbəst güləşçilər edəcəklər.

Xalçaya Vasif Bağırov (57 kiloqram), Ceyhun Allahverdiyev (61 kiloqram), Musa Ağayev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram), Ağanəzər Novruzov (74 kiloqram), Səbuhi Əmiraslanov (79 kiloqram), Vasif Xudiyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram), Zəfər Əliyev (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) çıxacaqlar.

Daha sonra estafet qadın güləşinə keçəcək. Əsmər Cankurtaran (50 kiloqram), Nərgiz Səmədova (53 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Günay Qurbanova (59 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Zəhra Kərimzadə (72 kiloqram) medal qazanmağa çalışacaqlar.

Yarışın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Fərid Sadıxlı (55 kiloqram), Ayxan Cavadov (60 kiloqram), İlkin Qurbanov (63 kiloqram), Fərid Xəlilov (67 kiloqram), Fəraim Mustafayev (72 kiloqram), Rəvan Nuriyev (77 kiloqram), Elmin Əliyev (82 kiloqram), Səid Axundzadə (87 kiloqram), Əli Quliyev (97 kiloqram) və Ayxan Mərdənov (130 kiloqram) ölkəmizi təmsil edəcəklər.

Martın 9-dan 15-dək təşkil olunacaq U-23 Avropa çempionatında ədaləti I dərəcəli hakimlərimiz Vüqar Şükürov və Kamran Əliyev qoruyacaq.


Facebook-da paylaş

Xəbəri paylaş