DÇ-2026: Azərbaycan millisi bu gün Bakıda İslandiyanı qəbul edəcək

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində beşinci oyununa çıxacaq.
BrendSport.az xəbər verir ki, D qrupunda yer alan komandamız Bakıda İslandiya yığmasını qəbul edəcək.
8-ci kilometr qəsəbə stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq. Qarşılaşmanı Monteneqro və Serbiyada olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv 4 turdan sonra 1 xalla sonuncu yerdə qərarlaşıb. Rəqib isə 4 xalla 3-cü sıradadır.
Facebook-da paylaş





















