Azərbaycanın iki cüdoçusu Meksikadakı Qran-Pridə qızıl medal qazanıb

Cüdo üzrə Azərbaycan millisi Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirinə start verib.
BrendSport.az xəbər verir ki, tatamiyə çıxan 4 təmsilçimizdən üçü fəxri kürsüdə yer almağı bacarıb.
Balabəy Ağayev (60 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) bütün görüşlərdə qalib gələrək fəxri kürsünün ilk pilləsinə qalxıblar. Onlar final görüşlərində müvafiq olaraq, Miçel Auqustu (Braziliya) və Lukas Sahanı (Finlandiya) məğlub edərək qızıl medal qazanıblar. 60 kiloqram çəki dərəcəsində digər idmançımız Əhməd Yusifov isə üçüncü yer uğrunda görüşdə fransalı Enzo Jandan üstün olaraq bürünc medala yiyələnib.
Qvadalaxara Qran-Prisinin ilk yarış günündən sonra aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan 33 ölkə arasında birinci pillədə qərarlaşıb.



Facebook-da paylaş
