Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın boks millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək



Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Gürcüstanda davam etdirəcək.

BrendSport.az
xəbər verir ki, yığma təlim-məşq toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə yollanacaq.

Heyətdə Sübhan Mamedov (50 kiloqram), Nicat Hüseynov (55 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zaur Qəhrəmanov (65 kiloqram), Sərxan Əliyev (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Surət Qarayev (85 kiloqram), Alfonso Dominqes (90 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) yer alıblar. Komanda Qoridə, əsasən, texniki-taktiki hazırlığa diqqət ayıracaq.

Toplanış avqustun 29-da yekunlaşacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 4-14-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş