Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İsveç millisinin baş məşqçisi: Müdafiədə yaxşı oynayan komandaya qarşı layiqli mübarizə apardıq



“Müdafiədə yaxşı oynayan komandaya qarşı layiqli mübarizə apardıq”.

BrendSport.az
xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

48 yaşlı danimarkalı mütəxəssis nəticədən razı qaldığını söyləyib: “Bəzi epizodlarda topu itirdik, passiv oynadıq və rəqibə qol imkanları yaratdıq. Ümumiyyətlə, doğma meydandan kənarda oynamaq çox çətindir. Bura gələndə əsas məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Qapıçımızın çıxışından da çox razı qaldım. Penaltini geri çevirə bildi. Əla qurtarışlar etdi”.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş