Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İsveç millisinin baş məşqçisi: Azərbaycan bu qələbəyə layiq idi


Biz bilirdik ki, Azərbaycan millisi olduqca yaxşı komandadır, keyfiyyətli oyunçulardan ibarətdir.

BrendSport.az
xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yanne Andersson “AVRO-2024”ün seçmə mərhələsində Azərbaycan yığmasına 3:0 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, rəqib komandanın vurduğu ikinci qoldan sonra geridönüş etmək çox çətin idi: "Azərbaycanlılar Belçika və Avstriya ilə görüşlərdə də yaxşı çıxış etmişdilər. Bu gün də bəxt onlardan yana idi. Onlar bu qələbəyə layiq idilər".

Kapitan Emin Mahmudovun vurduğu üçüncü qoldan bəhs edən baş məşqçi deyib: “Onun konsentrasiyası çox yaxşı idi. Futbolçunuzu bu qol münasibətilə təbrik edirəm".

Qeyd edək ki, millimiz bu oyunda qazandığı qələbədən sonra 7 xalla dördüncü, qonaq komanda isə 7 xalla üçüncü yerdə qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş