Karate üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb
Karate üzrə Azərbaycan millisinin Xorvatiyada keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
BrendSport.az xəbər verir ki, bu məqsədlə qitəmiqyaslı yarışa yollanmağa namizəd idmançılar arasında şəxsi görüşlər keçirilib.
Seçimlərin ilk günü 4 çəki dərəcəsində (dünya reytinqində ən çox xalı olan idmançılar və ölkəmiqyaslı yarışda fərqlənən idmançılar) karateçilər üz-üzə gəliblər. Seçmə görüşləri Azərbaycan Karate Federasiyasının vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayev də izləyiblər. Hər çəki dərəcəsində təmsil olunan idmançılar qruplara bölünərək dairəvi sistemdə yarışıblar.
Milli komanda məşqçilərinin iştirakı ilə keçirilən ilk günün nəticələrinə əsasən, kişilər arasında Fərid Savadov (60 kiloqram) və Fərid Ağayev (75 kiloqram) Avropa çempionatına yollanmaq hüququ qazanıblar. Qadınlar arasında isə Fidan Teymurova (50 kiloqram) və Mədinə Sadıqova (55 kiloqram) bütün rəqiblərindən güclü olublar.
Kata seçimlərində isə kişilərin yarışında ölkəmizi Roman Heydərov təmsil edəcək.
Qeyd edək ki, digər çəki dərəcələrində yarışacaq yığma üzvlərinin adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşlərindən sonra aydınlıq gələcək.
Facebook-da paylaş