Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb video



Cüdo üzrə Azərbaycan millisinin Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

BrendSport.az
xəbər verir ki, yarışda ölkəni qadınlar və kişilər arasında 9 çəki dərəcəsi üzrə 13 cüdoçu təmsil edəcək.

Avropa çempionatında cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Qadınların yarışında Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Acelya Toprak (57 kiloqram), kişilərdə isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Murad Fətiyev, Elcan Hacıyev (90 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnir aprelin 25-27 keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş