Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin final oyunları davam edir.
BrendSport.az xəbər verir ki, Azərbaycanın iki boksçusu qızıl, biri isə gümüş medal qazanıb. 48 kiloqramda mübarizə aparan Həsən Məlikov finalda qazaxıstanlı Temirtas Zussupoya qalib gələrək qızıl medalın sahibi olub.
Şamil Əsgərov isə 57 kiloqramda həlledici görüşdə özbəkistanlı Xudoynazar Fayzovu məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçumuz Əzrək Bəbirov ( 60 kiloqram) qazaxıstanlı Talqat Sirimbetova məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, 11 ölkədən 121 idmançının mübarizə apardığı beynəlxalq turnirdə daha əvvəl Azərbaycanın qadın boksçuları 2 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər.
Facebook-da paylaş