Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin Avropa çempionatında iştirak edəcəyi heyəti bəlli olub



Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

BrendSport.az
xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda ölkəmizi kişilərdə 8, qadınlarda isə 1 idmançı təmsil edəcək.

Kişilərdə İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kiloqram), Ömər Cavadov (73 kiloqram), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kiloqram), Nurlan Məmmədzadə (89 kiloqram), Əli Şükürlü (102 kiloqram), Dadaş Dadaşbəyli (109 kiloqram) mübarizə aparacaq. Qadınlarda isə Nazilə İsmayılova (45 kiloqramda) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarış 12-20 fevral tarixlərində keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş