Azərbaycanın futzal millisi bu gün Niderlandla qarşılaşacaq
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit mərhələsində bu gün son oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçi olduğu yığma səfərdə Niderland seçməsi ilə qarşılaşacaq. “Topsportsentrum Arena”da oynanılacaq görüş saat 21:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi 4 xalla qrupda sonuncudur. Niderland kollektivinin isə 6 xalı var.
DÇ-2024-ün elit mərhələsi
A qrupu, VI tur
20 dekabr
21:30. Niderland – Azərbaycan
Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva)
Almere. “Topsportsentrum Arena”.
Facebook-da paylaş