Azərbaycan millisinin futzalçısı Almaniya klubunda het-trik edib
Azərbaycan millisinin futzalçısı Ramiz Çovdarov Almaniyanın “Fortuna” klubunda növbəti oyununu keçirib.
BrendSport.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ölkə çempionatında “Bilfild”ə qarşı keçirilən matçın iştirakçısı olub.
Təcrübəli oyunçu 4:4 hesabı ilə başa çatan görüşdə vurduğu 3 qolla komandasını məğlubiyyətdən xilas edib. O, sonuncu topu qarşılaşmanın başa çatmasına 4 saniyə qalmış rəqib qapısından keçirib.
Het-trik edərək komandasına xal qazandıran R. Çovdarov yekunda matçın ən yaxşı oyunçusu seçilib.
Facebook-da paylaş