Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin futzalçısı Almaniya klubunda het-trik edib

Azərbaycan millisinin futzalçısı Almaniya klubunda het-trik edib


28-11-2023, 12:23

Azərbaycan millisinin futzalçısı Ramiz Çovdarov Almaniyanın “Fortuna” klubunda növbəti oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, 33 yaşlı müdafiəçi ölkə çempionatında “Bilfild”ə qarşı keçirilən matçın iştirakçısı olub.

Təcrübəli oyunçu 4:4 hesabı ilə başa çatan görüşdə vurduğu 3 qolla komandasını məğlubiyyətdən xilas edib. O, sonuncu topu qarşılaşmanın başa çatmasına 4 saniyə qalmış rəqib qapısından keçirib.

Het-trik edərək komandasına xal qazandıran R. Çovdarov yekunda matçın ən yaxşı oyunçusu seçilib.
Geri qayıt