EEVZA: Azərbaycan millisi bu gün son oyununu keçirəcək
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün sonuncu oyununa çıxacaq.
BrendSport.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Gürcüstanla qarşılaşacaq.
Dauqavpils şəhərində gerçəkləşəcək matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Azərbaycan millisi buna qədər turnirdə Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya qarşı keçirdiyi görüşlərin hamısında 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Facebook-da paylaş